Prezident İlham Əliyevin obyektiv reallığa adekvat addımları düşünülmüş siyasətin nəticəsidir ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibəsində Azərbaycanın daxili və xarici siyasətindəki mühüm məsələlərə, regiondakı geosiyasi proseslərə və gələcək planlarına toxunmuşdur. Dövətimzizn başçısı müsahibə zamanı bir sıra vacib məqamlara aydınlıq gətirərək Azərbaycanın mövqeyini bir daha dünyaya çatdırmışdır.

Əzəli torpaqlarımız olan Qarabağın münaqişə ocağına çevrilməsinin bütün morfologiyası daim Prezident İlham Əliyev diplomatiyasının diqqət mərkəzində olmuşdur. Tarixən ölkəmizə qarşı Ermənistanın əsassız ərazi iddiaları nəticəsində Azərbaycanın Qarabağ regionunun, eləcə də onun ətrafında 7 rayonunun işğal edilməsi və hələ də işğal altında saxlaması Azərbaycan Respublikasının və eləcə də müasir dünyanın ən böyük narahatlıq doğuran problemlərindən biri olması şübhəsizdir. Bu proseslərin ardıcıl izlənməsi göstərir ki, cənab İlham Əliyev xarici səfərlərində Heydər Əliyev siyasətini yeni formada təcəssüm etdirmişdir. Prezident İlham Əliyevin xarici siyasətinin əsasını məhz Azərbaycan Respublikasının ərazi bütövlüyü, Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsinin həlli məsələsi təşkil etmişdir.

Dövlət başçısı İlham Əliyev Qarabağ məsələsinə xüsusi diqqət çəkmiş və Azərbaycanın ərazi bütövlüyünü təmin etdiyini vurğulamışdır. O, bildirib ki, Azərbaycan regionda davamlı sülhün bərqərar olunması üçün şərtləri yaradıb və Ermənistanla normallaşma prosesinə hazırdır. Prezidentin sözlərinə görə, sülh sazişinin imzalanması, bölgədə çöxşaxəli əməkdaşlığın inkişafına yol açacaq. Prezident İlham Əliyevin böyük qətiyyətlə apardığı xarici siyasəti və apardığı çevik diplomatik mübarizə nəticəsində Azərbaycan Respublikasının milli maraqlarına tam cavab verməklə, respublikamızın beynəlxalq arenada imicinin daha da güclənməsinə xidmət edir. Yəni, həqiqətin bir üzü var: Azərbaycan Prezidenti haqqın, ədalətin bərpa olunmasını istəyir və tələb edir. Azərbaycan Respublikasının malik olduğu iqtisadi potensial, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən kompleks islahatların nəticəsində respublikamızın sülh, əməkdaşlıq və tərəqqi mərkəzinə çevrilməsi, xalqımızın milli maraq və mənafelərini daha etibarlı səviyyədə təmin etməsi, Azərbaycanın sürətli inkişaf yolunda olması Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsinin həllində uğurlu nəticə əldə ediləcəyinə böyük inam yaradır. Bütün bu amillər bizim gücümüzü təsdiqləyir və düşünülmüş siyasətin nəticəsidir.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə