Zelenski Trampla nə vaxt görüşəcəyini açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidentliyinə namizəd Donald Trampla sentyabrın 26-27-də görüşəcək. SİA xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında V.Zelenski danışıb.

Onun sözlərinə görə, gələn həftə ABŞ-yə səfəri zamanı prezidentliyə digər namizəd Kamala Harrislə də görüşəcək.

Xatırladaq ki, bir neçə gün əvvəl Tramp Zelenski ilə görüş ehtimalı barədə danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə