Seçicilərin rahat səs verə bilmələri üçün hərtərəfli şərait yaradılıb - Məzahir Pənahov

Seçicilərin rahat səs verə bilmələri üçün hərtərəfli şərait yaradılıb - Məzahir Pənahov

“Sentyabırın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə seçicilərin rahat səs verə bilmələri üçün hərtərəfli şərait yaradılıb”. SİA xəbər verir ki, "Seçki 2024" Müstəqil Media Mərkəzinin məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Azərbaycanda hazırda səsvermə hüququna malik 6 milyondan çox seçicinin olduğunu bildirən MSK sədri seçkilərdə 990 namizədin mübarizə apardığını deyib.

Ölkə üzrə ümumilikdə 6 mindən çox seçki məntəqəsinin fəaliyyət göstərdiyini diqqətə çatdıran MSK sədri 54 seçki məntəqəsinin işğaldan azad edilmiş ərazilərdə yerləşdiyini bildirib. Parlament seçkilərinin xalqımız üçün əlamətdar olduğunu vurğulayan M.Pənahov Milli Məclisə seçkilərin 30 ildən sonra ilk dəfə Azərbaycanın bütün ərazilərində keçiriləcəyini bildirib.

Diqqətə çatdırılıb ki, seçkilərə hazırlıq Azərbaycan Seçki Məcəlləsinin tələblərinə uyğun aparılıb, seçicilərin rahat səs verə bilmələri üçün hərtərəfli şərait yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə