90 saylı Ağsu Seçki Dairəsində 280 seçici ilk dəfə səs verəcək

“90 saylı Ağsu Seçki Dairəsi 62 seçki məntəqəsini özündə birləşdirir. Seçki məntəqələrinin hər biri lazımi avadanlıqlarla və maarifləndirici materiallar ilə təchiz olunublar. Səsvermə gününə hazırıq”. SİA xəbər verir ki, bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 90 saylı Ağsu Dairə Seçki Komissiyasının sədri Azad Dursunəliyev deyib. O bildirib ki, seçki dairəsi üzrə seçicilərin sayı 51 min 967 nəfər təşkil edir: “Bu seçicilərin 280 nəfəri ilk dəfə səs verəcək. Dairə seçki və məntəqə seçki komissiyalarının üzvləri üçün mütəmadi treninqlər təşkil olunur. Həmin treninqlərdə seçki qanunvericiliyində və MSK-nın təlimatlarında qeyd edilən müddəalar komissiya üzvlərinə izah edilir, seçki prosesində, səsvermə günündə komissiya üzvlərinin davranışları ilə bağlı məqamlar bir daha xatırladılır. Budəfəki parlament seçkiləri Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyır – Azərbaycan ərazi bütövlüyü və suverenliyi bərpa edilmiş şəkildə parlament seçkiləri keçirir. Bu amil seçki əhval-ruhiyyəsinə xüsusi rəng qatır. İnanıram ki, seçicilərimizin seçkiyə münasibəti hər zamankı kimi yüksək olacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə