Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyət istiqamətləri genişləndirilib

Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyət istiqamətləri genişləndirilib. SİA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”yə dəyişikliyi təsdiqləyib.

Belə ki, Şura dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər verə biləcək, eləcə də dövlət orqanlarının dövlət qulluğu ilə bağlı qanunsuz aktlarının ləğv edilməsinə baxa biləcək.

Bundan başqa, dövlət qulluqçularının reyestrinin aparılmasına nəzarət edilməsi də Şuranın fəaliyyət istiqamətlərinə əlavə olunan maddələrdə arasındadır.

Həmçinin Şura fəaliyyəti dövründə dövlət qulluqçularının peşə hazırlığı, təcrübə və əlavə təhsili sahəsində işlərin təhlili və bununla bağlı təkliflərin hazırlanması ilə yanaşı, dövlət qulluqçuları üçün hazırlanmış təlim strategiyasına razılıq verə biləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə