Azərbaycan bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir - PREZİDENT

Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində söyləyib.

Ölkəmizin ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəltdiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə