Əməkdaşlıq Fransız Polineziyasının müstəqillik mübarizəsinə töhfə verəcək

Ümid edirik ki, Bakı Təşəbbüs Qrupunun Fransız Polineziyasının Tavini Huiraatira Partiyası ilə əməkdaşlığı əlaqələrimizə və bu ölkənin müstəqillik uğrunda mübarizəsinə töhfə verəcək. SİA xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov mayın 30-da Bakıda keçirilən “Fransız Polineziyasının dekolonizasiya hüququ - çağırışlar və perspektivlər” mövzusunda konfransda deyib.

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə indiyədək 8 konfransın keçirildiyini diqqətə çatdıran icraçı direktor tədbirin əsas mövzusunun müstəmləkə siyasətindən qurtulmaq məsələsi ilə bağlı olduğunu deyib.

“Fransız Polineziyası öz müqəddəratını təyin etmək hüququna malikdir. Bu ölkə həmin hüquqdan məhrum edilib. 2013-cü ildən indiyədək BMT Baş Assambleyası bu ölkənin müstəqilliyini əldə etməsi üçün qətnamələr qəbul etsə də, indiyədək heç bir nəticə yoxdur. İnanırıq ki, bu ölkə öz müstəqilliyini əldə edəcək”, - deyə Abbas Abbasov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə