Qarabağ regionu 1,5 milyona yaxın mina və partlayıcı qalıqlarla çirklənib - SAMİR POLADOV

Təxmini hesablamalara görə, Qarabağ regionuna 1,5 milyona yaxın mina və partlayıcı qalıqların mövcudluğu ciddi ziyan vurub. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov Zəngilanda “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

“Mina partlayışları havaya CO2, SO2 və s. kimi çirkləndiriciləri maddələr buraxır. Bu isə havanın çirklənməsinə, turşu yağışına və quraqlığa səbəb olur”, - o deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə