Beynəlxalq dəstəyi gücləndirmək lazımdır - ANAMA sədri

Qarabağda mina probleminin nəticələrinin aradan qaldırılması üçün beynəlxalq dəstəyi gücləndirmək lazımdır. SİA xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Zəngilanda “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərimizin 10 285 kvadrat kilometri mina və partlamamış hərbi sursatlarla müxtəlif səviyyələrdə çirklənmiş hesab olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə