ATƏT-in sədri Bakıya GƏLİR

ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər və ticarət naziri Yan Borq mayın 14-də Azərbaycana səfər edəcək. SİA xəbər verir ki bu barədə ATƏT-in mətbuat xidməti məlumat yayıb.

O, səfəri çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.

"Səfər zamanı ATƏT-in Azərbaycandakı fəaliyyətinə diqqət yetiriləcək, Təşkilatın bütün ATƏT regionunda uzunmüddətli, davamlı sülhün əldə edilməsinə və münaqişələrin həllinə davamlı dəstəyi vurğulanacaq", - açıqlamada deyilir.

Qeyd edək ki, Yan Borq hazırda Ermənistanda səfərdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə