“Aprelin 5-də baş tutacaq görüşün məqsədi Ermənistanı qızışdırmaq və yeni təhdid ocaqları yaratmaqdan ibarətdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
Politoloq bildirib ki, baxmayaraq ki, bu gün ABŞ dövlət katibinin nümayəndəsi və Avropa İttifaqının nümayəndələri də 5 aprel görüşünü daha çox iqtisadi məsələlər və Qərbin Ermənistana yeni iqtisadi yatırımları ilə bağlı müzakirələr görüşü kimi şərh edir. Amma faktiki mövcud olan və bilinən ondan ibarətdir ki, bu gün Azərbaycanla Ermənistan arasında sülh imkanlarını bloklayan, iki ölkə arasındakı münasibətlərə zərbə vuran məhz Ermənistanın Avropa Birliyi və Amerika tərəfindən təhrik edilməsi ilə həmahəng davam edir.
Bu gün Ermənistan Azərbaycan əleyhinə qızışdırılır və Avropa İttifaqı, ABŞ bölgənin real gücü olan Azərbaycanın mövqeyini nəzərə almadan Ermənistanla birtərəfli görüşlər keçirir. Bunlar əsla qəbul edilən hal deyil, maraqlarımız kontekstindən də uyğun məsələ hesab olunmur. Bu gün Fransa başda olmaq üzrə Qərb imperialist şəbəkələri həqiqətən də bölgədə rifah istəsəydilər, o zaman Ermənistanın normal sülh müqaviləsi imzalamasına nail olardılar. Amma biz görürük ki, onlar əksinə Ermənistanı Azərbaycan əleyhinə hər gün daha da qızışdırmağa və iki ölkə arasındakı münasibətləri daha da korlamağa çalışırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB