Ermənistan Parlamentinin məqsədi nədir? - QHT RƏSMİLƏRİNİN RƏYLƏRİ

Bu günlərdə Ermənistan parlamenti Azərbaycanda sərhəddə yerləşdirilmiş Aİ missiyasının statusuna dair razılaşmanı ratifikasiya edib. Missiya 2023-cü ilin yanvarında yaradılıb, dekabrda isə missiya iştirakçılarının sayı 138-dən 209 nəfərə qədər artırılıb.Ermənistan parlamentinin məhz indi razılaşmanı ratifikasiya etməsi nə ilə bağlıdır? SİA QHT rəsmiləri arasında sorğu keçirib.

“Vətəndaş Maarifləndirilməsiİctimai Birliyinin icraçı direktoru Elşad Məmmədli : “Ermənistan parlamentinin Azərbaycanla sərhəddə yerləşdirilmiş Aİ missiyasının statusuna dair razılaşmanı məhz indiki ərəfədə ratifikasiya etməsi İrəvanın siyasi yönümü ilə bağlı xaotik davranışının gödtəricisidir. Bəlli olduğu kimi, bu missiya 2023-cü ilin yanvarında yaradılıb. Niyə yaradılıb, öncə buna diqqət edək: İrəvan faktiki olaraq bununla bölgədə İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanın yaratdığı reallıqlar çərçivəsində davranmaqdan yayınmağa cəhd edir. Yəni sülh sazişi imzalamaqdan, delimitasiya və demarkasiyadan yayınır, vaxtaşırı sərhəddə təxribatlar törətməklə Azərbaycana qarşı hansısa təzyiqlərə nail olmağa çalışırdı. Digər tərəfdən Aİ missiyasını bölgəyə Rusiya ilə konfrantasiya müstəvisi açmaq üçün gətirdilər. Bu missiya faktiki olaraq təxribat məqsədi daşıyır.

Zamanla sübut olundu ki, Azərbaycanı haqq işindən hansısa missiya və bu kimi bölgəsəl sabotajlar yayındıra bilməz. Məsələn, ötən ilin sentyabrında keçirilən antiterror tədbirlərindən sonra ermənilərin sərhəd təxribatları intensivləşdi, bir hərbçimizi snayperlə vurdular, dərhal da Ermənistan çox sərt cavab aldı, həmin atəş nöqtəsi darmadağın edildi. Bu təxribatları ermənilər Aİ missiyasına arxayın olub həyata keçirirdilər. Nəticədə hamısı layiqli cavabını aldı. Maraqlıdır ki, Aİ-nin əslində casus şəbəkəsi adlandıra biləcəyimiz missiyasının say tərkibi ötən ilin dekabrında isə 138-dən 209 nəfərə qədər artırıldı.

Düz 3 aydan sonra Ermənistan parlamentinin buna dair razılaşmanı ratifikasiya etməsi şübhəsiz ki, İrəvanın Qərb dairələrindən aldığı yeni təlimatın tərkib hissəsidir. Bilirsiniz ki, aprelin 5 də Aİ, ABŞ və Ermənistan təhlükısizlik görüşü keçiriləcək. Bu format Bakıya qarşıdır və Azərbaycanı, Cənubi Qafqazdakı mövcud olan kövrək sabitliyi hədəfə alıb.

Anti-Azərbaycan dairələr təhlükəsizlik qarantiyası adı altında Ermənistana gizli və açıq dəstək verir, onu silahlandırır. De-fakto Ermənistandan bölgəni qarışdırmaq üçün "çömçə" kimi istifadə etməyə çalışırlar. İrəvan təəssüf ki, bu dağıdıcı vasitəçiliyi boynuna götürüb.

Qərb formalaşan yeni dünya düzənində Cənubi Qafqazda nüfuzunu artırmaq üçün bütün imkanları ilə çalışır və Türkiyənin, Rusiyanın buradakı mövqelərini tamam azaltmaq istəyir. Bunun bölgə üçün ağır fəsadlarını, yeni müharibə risklərini isə nəzərə almaq istəmirlər. Məkrli Qərb dairələrini bölgənin sabitliyi, firavanlığı yox, öz korporativ maraqları düşündürür. Bu eybəcər siyasətdə isə Ermənistanı alətə çeviriblər.

Avropa İttifaqının Ermənistandakı missiyası qısamüddətli olmalı idi, ancaq bu bəhanə ilə gəlib, sonradan uzunmüddətli statusunu hərbiləşmiş qaydada təsdiqlədi. Bu o deməkdir ki, Qərb bu yolla regiona hərbi müdaxiləyə başlayıb. ABŞ da açıq şəkildə bu prosesə qoşulub. Bütün bu proseslər Azərbaycanın sərhədlərində baş verir və təbii ki, ölkəmizə qarşı yönəlib.

Qərb bölgədə sağlam, inkişafa yönəlik əməkdaşlıq formatı deyil, məhz belə məkrli planlarla bölgəni yenidən alovlandırmaq niyyətini ortaya qoyursa, təbii ki, adekvat davranışlar göstərilməlidir, bu planlar ifşa olunmalıdır.

Nəzərə alsaq ki, Qərbin bu davranışları Rusiya ilə yanaşı həm də İranın maraqlarına ziddir, onda mənzərə bir qədər də həm aydın görünür, həm də təhlükənin miqyası da sezilir. Digər tərəfdən İran da bu missiyada alət olduğuna görə "qardaşı" saydığı, aşkar dəstək verdiyi Ermənistanı indi cəzalandıra bilər.

Göründüyü kimi, Aİ və ABŞ faktiki olaraq bölgədə gərgin vəziyyət yaratmağa start verib. Bütün hallarda Azərbaycan bu planlardan xəbərdardır və hansısa oyunlarla onu müstəqil siyasətindən daşındırmaq mümkün deyil. Bu oyunlara rəvac verən Ermənistan isə indikindən daha fəlakətli vəziyyətə düşəcək, "qan çanağı" birmənalı olaraq İrəvanın başında çatlayacaq”.

“Ortaq Dəyərlərİctimai Birliyinin sədri Aqil Camal: “Ermənistan parlamenti Azərbaycanla sərhəddə yerləşdirilmiş Avropa İttifaqı missiyasının statusuna dair razılaşmanı məhz indi ratifikasiya etməsi heç də təsadüfi deyil. Bu ilk növbədə aprelin 5-də keçirilməsi gözlənilən Aİ, ABŞ və Ermənistan təhlükəsizlik görüşü ərəfəsində, rəsmi İravənın belə deyək ki, havadarlarının qarşısına dolu səbətlə çıxmaq jestidir.

2023-cü ilin yanvarında missiya formalaşdırılanda, bunun Azərbaycanla Ermənistan şərti sərhədində müşahidə aparmaq, mümkün hərbi qarşıdurmalara əngəl olmaq üçün edildiyi bildirilirdi. Lakin, ötən müddətdə Ermənistanın hərbi təxribatı nəticəsində yaşanan lokal hərbi qarşıdurmalarda missiyanın hər hansı hərəkətliliyi görünmədi. Əksinə, ötən müddətdə Aİ missiyası Ermənistanda daha da, möhkəmlənməyə çalışıb, missiya iştirakçılarının sayı 138-dən 209-a qaldırılıb. Missiyanın hərbiləşdirilməsinə başlanması, artıq ABŞ-ın da bu missiyaya qoşulmaq planı göstərir ki, missiyanın yaradılmasının məqsədi heç də, Azərbaycanla Ermənistan arasında təhlükəsizlik mühitinin formalaşmasına töhfə vermək deyil, bölgədə Ermənistan vasitəsilə hərbi varlığını yaratmaqdır.

Bundan istifadə edən Ermənistan arxasında himayədar gücü hiss edərək sülh prosesindən yayınmaq, yenidən silahlanmaq və revanş haqqında düşünmək kimi davranışlar hiss etdirir. Demək, hərbi missiyanın bölgədə varlığı, Azərbaycanın da təhlükəsizliyinə təhdid yaradır və belə demək olarsa, Azərbaycana qarşı çevrilir.

Qərbin regiona bu şəkildə hərbi müdaxiləsi sözsüz ki, Rusiya və İranın da maraqlarına cavab vermir. Rusiya müxtəlif səviyyələrdə bu prosesə etirazlarını bildirir. Lakin İran İrəvanın bölgədə ABŞ və digər NATO ölkələri hərbçilərinin yerləşdirməsini susqunluqla qarşılayır. Molla rejimi Azərbaycana qarşı olan hər şeyə göz yumur, “özümə zərər olsa belə, təki Azərbaycana zərbə dəysin” prinsipi ilə hərəkət edir”.

Cəmiyyətin İnkişafı Mərkəziİctimai Birliyinin sədri Əhməd Abbasbəyli: “Əlbəttə ki Ermənistan Parlamentinin bu addımı Qərblə Rusiya arasındakı gərginliyi daha da dərinləşməsinə yeni bir fazanın keçidi ilə bağlıdır. Ermənistanın həm Rusiya, hım də Qərblə oynadığı təhlükəli oyun bunun bir elementi və Qərb dövlətlərinin regiona daxil olmasına xidmət edən addımdır. Qərbin bu addımı təbii ki, Azərbaycanın maraqlarına uyğun gəlmir. Bu, Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqlarına zidd bir hərəkətdir. Ermənistan və Qərbin oynadığı bu təhlükəli oyun regionda yeni bir müharibənin başlaması üçün zəmin rolunu oynaya bilər. Ermənistanın silahlandırılması da bu istiqamətdə atılan addımlardan biridir. Aprelin 5-də Ermənistanın ona Rusiya ilə bağlı proseslərdə təhlükəsizlik zəmanətinin verilməsi ilə nəticələnməsi gözlənilən ABŞ və Avropa İttifaqı ilə görüşü keçiriləcək. Təbii ki, bu proseslər Rusiyaya qarşı yeni bir cəbhənin açılması ilə yanaşı Azərbaycanın maraqlarına zidd olan nəticələrlə də yekunlaşa bilər. Ona görə hesab edirəm ki, Qərbin bu cür oyunları Azərbaycana qarşı yönəlib. Bu cür addımlar Cənubi Qafqazda sülh prosesini daha da zəiflədə bilər. NATO-nun baş katibinin həm tərəfsiz mövqe sərgilməsi, həm də Azərbaycan və Ermənistana eyni səfərlər həyata keçirməsi bir-birinə zidd olan addımlardır. Bu cür addımlar davam edərsə, gələcəkdə regionda ciddi problemlərin yaranmasına rəvac verə bilər”.

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli: “Ermənistan hər vəchlə çalışır ki, ABŞ və Avropa ölkələrini bölgəmizə cəlb etsin. ABŞ Rusiyaya görə, Fransa isə Afrikada itirdiyi mövqeləri Ermənistanda bərpa etmək üçün bu işdə maraqlıdırlar. Ermənistan da bu yolla həm çoxlu vəsait əldə etmək, həm də Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq istəyir. Ermənistan bir vaxtlar həm Rusiyaya, həm də Qərbə yaxın olmağa çalışırdı. Lakin ABŞ ondan öz seçimini etməyi tələb etdi. Ermənistan bölgədə gərgin vəziyyət yaratmaq istəyir. Təbii ki, Rusiya da buna öz narazılığını bildirir və bölgəyə başqa güclərin gəlməsini istəmir. Bu, Azərbaycan və Türkiyənin də maraqlarına ziddir. Azərbaycan hər zaman çalışır ki, Cənubi Qafqaz əməkdaşlıq məkanı olsun. Ermənistan isə bölgəni hərbi məkana çevirmək istəyir. XX əsrin əvvəlində də, XIX əsrdə də Ermənistan böyük güclərin əlində alətə çevrilib.

Hesab edirəm ki, prosesləri yaxından izləyən Azərbaycan bölgədə maraqlarına zidd davranışların baş tutmasına imkan verməyəcək. Ermənistan ağlını başına toplayıb Azərbaycanla normal münasibət qurmalıdır. Əgər Ermənistan yenidən dünya güclərinə arxayın olub, yeni torpaqlar əldə edəcəyini düşünsə, bu, onu tarixə qovuşdura bilər. Ermənilər bu məsələni dərindən düşünməlidirlər, əks halda onlar Cənubi Qafqazdan köçüb gedəcəklər”.

Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli: “Ermənistan parlamentinin Azərbaycanda sərhəddə yerləşdirilmiş Aİ missiyasının statusuna dair razılaşmanı ratifikasiya etməsi bölgədə hökm sürən kövrək sülhə təhdiddir.Ermənistanın Qərbdəki havadarlarının istəyi odur ki, bölgəyə daimi, qalıcı sülh gəlməsin.

Azərbaycan 2020-ci ilin 44 günlük Vətən Savaşından qalib çıxıb. Həmin il imzalanan Üçtərəfli Bəyanata əsasən Ermənistan məğlub tərəf kimi öhdəlikləri yerinə yetirməli idi. Rəsmi İrəvan Qərbdəki müttəfiqlərinin dəstəyi ilə öhdəlikləri yerinə yetirməkdən yayındı. Lakin 2023-cü ilin 19 sentyabrda Azərbaycan lokal anti-terror əməliyyatları keçirməklə Bəyanatda razılaşdırılmış məsələlərin bir neçəsini həll etdi. Qarabağıda separatçıların yuvası dağıdıldı, qanunsuz silahlı qruplar ləğv edildi. Sırada Zəngəzur dəhlizinin açılması, Naxçıvanla quru əlaqələrinin bərpa edilməsi var. Təbii ki, gündəlikdə əsas məsələ olaraq yekun sülh müqaviləsinin imzalanması da var. Azərbaycan daimi sülhə nail olmaq istəyir. Çünki qarşıda böyük vəzifələrimiz var. Qarabağ və Şərqi Zəngəzurun şəhər və kəndləri bərpa edilməli, insanlar dogma yerlərinə qayıtmalıdır. Bunu isə Azərbaycanın güclənməsini, bölgənin əsas dövlətinə çevrilməsini istəməyən Qərb bloku istəmir. ABŞ-ın da bu prosesə qoşulması və missiyanın tərkibində öz hərbçilərini Ermənistana göndərmək planları faktiki olaraq Qərbin Ermənistanda öz hərbi bazasını yaratması deməkdir. Bu isə Azərbaycanın maraqlarına cavab vermir.

Xatırladaq ki, sözügedən missiya 2023-cü ilin yanvarında yaradılıb, dekabrda isə missiya iştirakçılarının sayı 138-dən 209 nəfərə qədər artırılıb. Ermənistan parlamentinin məhz indi razılaşmanı ratifikasiya etməsi aprelin 5-də keçiriləcək Aİ, ABŞ və Ermənistan təhlükəsizlik görüşü ilə bağlıdır. Onun fikrincə, bu format Azərbaycana qarşı yönəlib.

Onlar Azərbaycanı, bölgədə kövrək sabitliyi hədəfə götürüblər. Təhlükəsizlik təminatı adı ilə Ermənistanın dəstəklənməsi bölgə üçün yaxşı heç nə vəd etmir. Qonşu ölkənin silahlandırılması Azərbaycanla yanaşı Rusiyanın, Türkiyənin, İranın da maraqlarına cavab vermir. Bu cür dağıdıcı missiya ilk növbədə Cənubi Qafqazda sülhə və sabitliyə təhlükədir. Güney Qafqazda yeni nüfuz bölgüsü uğrunda və formalaşmış geosiyasi konfiqurasiyanı dağıtmaq planı xoş niyyətdən xəbər vermir.

“Bu cür bəd niyyətlər yeni dağıdıcı, qanlı müharibələrə yol açır. “Təhlükəsilik təminatı missiyası” adı ilə Ermənistanın silahlandırılması ilk növbədə bədbəxt erməni xalqının və dövlətinin ziyanınadır. Böyük oyunçuların marionetinə çevrilmiş Ermənistanın bir dövlət kimi yaşaması artıq sual altına düşəcək”.

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli: “Bildiyimiz kimi, bir neçə gün əvvəl Ermənistan parlamentiİrəvanla Avropa İttifaqı arasında Azərbaycanla sərhəddəAB-nin mülki müşahidə missiyasının statusu haqqındarazılaşmanı ratifikasiya edib. Xatırladaq ki, Missiya 2023-cü ilin yanvarında yaradılıb, dekabrda isə missiyaiştirakçılarının sayı 138-dən 209 nəfərə qədər artırılıb.

Burada sual yaranır ki, Ermənistan parlamentinin məhzindi razılaşmanı ratifikasiya etməsi nə ilə? Bu məsələ cari ilin Aprelayının əvvəllərində Ermənistan-Avropa İttifaqı-ABŞ üçtərəfli görüşü ilə sıx bağlıdır. Hesab edirəm ki, Ermənistan Baş Naziri Nikol Paşınyanın məqsədi Parlament vasitəsilə bu addımı atmaqla Avropa İttifaqı və ABŞ-dan dəstək almaqdır. Ola bilsin Paşinyan ümud edirki, həmin görüşdə Ermənistana müəyyən vədlər veriləcək.

Ümumilikdə Avropa İttifaqı mülki müşahidə missiyasının Ermənistanda yaranma səbəbini ən yaxşı Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə zamanı ifadə edib. O deyib ki, “Ermənistan ərazisindən AB missiyası Rusiya, İran vəAzərbaycan haqqında casusluq edir. Bunun da faktikisübutları var. Bu cür dağıdıcı fəaliyyət regionda gərginliyinartmasına, hətta geridönməz nəticələrə gətirib çıxarabilər.
Ukrayna misalında biz görürük ki, Qərb Ukraynaya hərbi yardımlar edir, beynəlxalq platformalarda dəstək verir, hərçənd ki, bunun elə birxeyrini görmürük. Ermənistanla bağlı məsələdə, Ermənistana hər hansı bir dəstəyin göstərilməsi ümumənregiona potensial təhlükə riski yaratmaqla, nəinkiAzərbaycan, regionun bütün ölkələrini bu addıma qarşıəks addımlarin atılmasına vadar edəcək.

Azərbaycan regionda yeni reallıqlar yaradıb və müstəqilsiyasət yeridir, regionun müasir gündəliyini müəyyən edir. Azərbaycana heç kim Ermənistana təsir etdiyi qədər təsiredə bilməz. Bu vəziyyət bir çox ölkələri narahat edir.

Lakin konkret olaraq Avropa İttifaqı mülki müşahidəmissiyası məsələsində, əminəm ki, ölkəmiz regionatəhlükə yarada biləcək hər hansı potensial bir riski zərərsizləşdirmək iqtidarındadır”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə