“Makronun arzusu NATO ölkələrində narazılıq yaradıb” - POLİTOLOQ DANIŞDI
“Makronun Rusiya-Ukrayna müharibəsində tutduğu mövqe, ayrı-ayrı dövrlərdəki bəynatları və özünü Ukraynanın dəstəkçisi kimi göstərməsi sadəcə onun beynəlxalq geosiyasi oyunda süni xal qazanmaq istəyinin növbəti nümunəsidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
O bildirib ki, Fransa prezidentinin bir müddət əvvəl Avropanın Ukraynaya ordu göndərə biləcəyi ilə bağlı sərsəm bəyanatı da onun öz fəaliyyətində və danışıqlarında bnə qədər qeyri-ciddi olduğunu ortaya qoyur: “Təsadüfi deyil ki, onun bu bəyanatı təkcə Rusiyada deyil, Qərbin özündə də sərt reaksiya ilə üzləşdi. Qərbin siyasi dairələrində Fransa liderinin bu məsuliyyətsiz bəyanatları təbii olaraq narazılıqla qarşılandı.
Makronun yersiz populyarlıq arzusu faktiki olaraq NATO ölkələri daxilində narazılığa çevrildi ki, bundan da qazanan Rusiya oldu. Bir sıra NATO ölkələri, xüsusilə ABŞ, Almaniya, Çexiya, Bolqarıstan, İspaniya, İtaliya və digərləri bu ideyaya qarşı çıxdığı bir vaxtda Polşa, Pribaltika ölkələri kimi dövlətlərin Makronun təklifinə müsbət yanaşması təbii olaraq Alyans daxilində fikir ayrılığını dərinləşdirdi. Bütün bunlar Ukraynanı çətin vəziyyətə salır. Bir tərəfdən Ukraynaya göndərilən silah-sursat, maliyyə yardımları azalıb, digər tərəfdən Makronun sərsəm açıqlamasının NATO və Avropa İttifaqı ölkələri arasında qıcıq yaratması rəsmi Kiyevə diqqəti azaldıb. Məsələ burasındadır ki, Ukrayna özü də Makronun bəyanatlarına və Ukrayna üçün etdiyi çağırışlara inanmır və onun səmimi olmadığını bilir. Çünki Ukraynanın boşboğazlığa deyil, həqiqətən də yardıma ehtiyacı var. Fransa isə nəinki ABŞ və Böyük Britaniya, hətta Avropa İttifaqı ölkələri içərisində belə Ukraynaya ən az yardım göndərən ölkələrdən biridir. Avropa İttifaqında Ukraynaya yardımda liderlik Almaniyada olduğu halda Fransa yardımın həcminə görə 14-cü yerdə qərarlaşıb. Bütün bunlar bir daha sübut edir ki, Makronun bəyanatları ilə atdığı addımlar bir-birinə tərs mütənasibdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB