"Milli azlıqların Azərbaycanda sülh şəraitində yaşaması müsbət nümunədir" - Pakistanlı ekspert
"Avropanın bir çox ölkəsində müsəlmanlara təhdid mənbəyi kimi yanaşırlar". SİA xəbər verir ki, bunu Pakistan Siyasət Araşdırmaları və Təbliğat Mərkəzinin icraçı direktoru Əhsən Həmid Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.
O bildirib ki, milli azlıqların Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşaması müsbət nümunədir: "Avropa da bu nümunədən yaxşı bəhrələnə bilər. Bu gün Avropada mədəni gərginlik amili geniş yayılıb. Həmçinin müsəlman icmalarına qarşı sərt addımların atılmasını şahidi oluruq. Müsəlmanları kənardan gələnlər sayırlar".
Əhsən Həmid vurğulayıb ki, Qərb mediası bu məsələyə qərəzli yanaşması ilə seçilir: "Belə ki, sağ mərkəzi təmsil edən siyasətçilər müsəlmanlar barədə qərəzli fikirlər səsləndirir və bu mediada geniş yayılır. Avropa qanunveriliyi də müsəlmanlara qarşı yönəlib. Bir çox məscidlər fəaliyyətini dayandırır. Gərgin münasibətlər fonunda ekstremist hallar geniş vüsət alır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB