"Ermənistan sülhün bərqərar olmasına çalışmalıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Ermənistan yarandığı zamandan layihə bir dövlət kimi formalaşdırılıb". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, Ermənistanın heç vaxt müstəqil siyasəti olmayıb: "Digər qüvvələrin izahatı altında siyasi tədbir keçirib. Hətta uzun illər Rusiyanın bir vilayəti kimi fəaliyyət göstərib. 2-ci Qarabağ, Vətən müharibəsindəki qələbəmiz və qazanılan uğurlar, suverenliyimizin tam bərpa olunması yalnız Ermənistan Respublikasını yox, dünya erməniliyinin belini sındırıb, məyus edib. Burada əsas məqamlardan biri Rusiyadan gözləntilərinin, onların fikrincə, özünü doğrultmamasıdır. Onlar yenə də düşünürdülər ki, Rusiya onlar üçün vuruşacaq, onlar üçün Rusiya əsgəri öləcək, hər hansı uğur qazanacaq. Amma bu, baş vermədi.

Azərbaycan Prezidentinin uğurlu siyasəti, hər məqamı ölçüb-biçməsi, Azərbaycan xalqının qələbə istəyi və vətənpərvər gənclərinin, ordusunun Ali Baş Komandanın rəhbərliyi altında qazandığı uğurlar artıq erməni mifini tam darmadağın etdi. Son zamanlar Ermənistanın siyasi vektorunun Rusiyadan Avropaya çevrilməsi bir növ Rusiya küskünlüyünün bir işarəsidir. Onlar artıq Rusiyadan həmin dəstəyi görməyəcəklərini düşünürlər, ona görə də Avropa institutlarına inteqrasiya yolu tutmağa çalışırlar. Bu, baş tutan məsələ deyil. Ermənistan Avropa İttifaqına heç vaxt üzv ola bilməz. Bunu özləri də bilirlər. Onlar hər məsələdə Rusiya ilə bağlıdırlar. Bu gün Rusiyanın belə neytral görünməsi o demək deyil ki, onlar Rusiyadan tamamilə qopub Avropaya inteqrasiya oluna bilərlər. Heç onların ruhunda da bu yoxdur. Bir növ siyasi blefdir. Düşünürük ki, Rusiya heç vaxt Ermənistanı öz qucağından alıb Avropanın qucağına atmaz. Bu, mümkün görünmür. Sadəcə olaraq siyasətdir. Düşünürük ki, Avropa İttifaqına üzvolma məsələsi çox ağır bir prosesdir. Avropa İttifaqı bunu Gürcüstana, Ukraynaya, Moldovaya söyləyib. Bu ölkələrdə baş verən hadisələr hər birimizə tam aydındır. Ona görə də Ermənistan düzgün siyasət həyata keçirib əsas bölgədə sülhün bərqərar olmasına çalışmalı və əsasən qonşu dövlətlərlə çox yaxşı münasibətlər qurub öz siyasətini bu yöndə həyata keçirməlidir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə