"Münxen Təhlükəsizlik Konfransı göstərdi ki..." - Bəhruz Məhərrəmov
“Fevralın 7-də keçirilən prezident seçkiləri öncəsi bəzi dairələr Azərbaycana qarşı təzyiq göstərirdilər. Seçkidən iki gün sonra isə Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevin əlini sıxıb görüşmək üçün uzun bir növbə var idi”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü iclasında deputat Bəhruz Məhərrəmov deyib.
“60-cı Münxen Təhlükəsizlik Konfransı bir daha göstərdi ki, Azərbaycan öz tarixində bu qədər güclü olmayıb. İndi hər bir azərbaycanlı əlini vicdanına qoyaraq cavab versin, əvvəllər biz belə davrana bilirdikmi? Təbii ki, xeyr. Seçkilər nümayiş etdirdi ki, xalq yeni reallıqları anlayır və Ulu Öndərin siyasi kursu uzun müddət davam edəcək. Bu kurs Azərbaycanı hələ çox uğurlara aparacaq”,- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB