"Azərbaycanın daha böyük uğurları qarşıdadır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycanın daha böyük uğurları qarşıdadır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycanda keçirilən prezident seçkiləri müasir tariximizin ən qürurlu və şərəfli hadisələrindən oldu". Bu sözləri SİA-ya açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.

O, bildirib ki, seçkilərin ilk dəfə bütün suveren ərazilərimizdə keçirilməsi, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarında səs verməsi, xüsusilə də Prezident İlham Əliyevin Xankəndidə səs verməsi, insanların kütləvi şəkildə məntəqələrə gələrək Qarabağ Zəfərinə etimad göstərməsi böyük tarixi hadisə idi: "Prezident İlham Əliyevin suveren Azərbaycanın prezidenti kimi andiçmə mərasimində səsləndirdiyi fikirlər, elan etdiyi hədəf və vəzifələr yeni dövr üçün ciddi əhəmiyyət daşıyır.

Azərbaycan yeni dönəmə, daha güclü və qüdrətli gələcəyə doğru irəliləyir. Dövlət başçımızın da bildirdiyi kimi, qarşıdakı illərdə ölkəmizi yeni uğurlar, dünyamiqyaslı yeni layihələr, iqtisadi, hərbi və digər sahələrdə yüksəlişlər gözləyir. Əminliklə bildirmək olar ki, Azərbaycanın daha böyük uğurları qarşıdadır. Növbəti illərdə azad edilmiş ərazilərin sıfırdan qurulması, ən müasir infrastrukturun yaradılması, keçmiş məcburi köçkünlərin "Böyük Qayıdış"ının təmin edilməsi prioritet olaraq qalacaq".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə