İndiyədək seçicilərin 60,54 faizi səsvermə hüququndan istifadə edib
Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermədə saat 15:00-a olan seçici fəallığı açıqlanıb. SİASecki-2024.az saytına istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, saat 15:00-a qədər respublika üzrə 3922187 nəfər səs verib. Seçici fəallığı 60,54 faiz olub. Hesabat vermiş məntəqələrin sayı 6515-dir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB