Ermənistanda konstitusiya dəyişikliyi qaçılmazdır – ŞƏRH EDİLDİ

Ermənistanda konstitusiya dəyişikliyi qaçılmazdır – ŞƏRH EDİLDİ

“Bu gün Ermənistan konstitusiyasının dəyişdirilməsi gündəmdədir. Düzdür, bu ölkənin hakimiyyəti islahatların qaçılmaz olduğunu dərk edir və bunu qarşıdurma olmadan həll etmək istəyir. Amma Ermənistanın müstəqillik sənədində “Dağlıq Qarabağ”a iddianın əks olunması, üstəlik də Türkiyəyə qarşı ərazi iddiası, bu gün müzakirə olunan sülh müqaviləsi ilə bir araya sığmır, ziddiyyət təşkil edir. Əslində, Paşinyanın özəl məqsədi də var, bu da gələcəkdə prezident kürsüsünə yilyənləməkdir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, hazırda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin müzakirələri gedir: “Burada Bakının tələbi təkcə sülh müqaviləsinin mətni və onun imzalanması ilə bağlı deyil. Ermənistan tərəfi qanunvericiliyindəki bütün məsələlərə aydınlıq gətirməlidir. Müstəqillik aktı və konstitusiyası ilə yanaşı, parlamentin qondarma rejim, keçmiş “Dağlıq Qarabağ”ın Ermənistanla münasibətlərinə dair qəbul edilmiş qərarların ləğvi tələb olunur. Məhz bundan sonra iki ölkə arasında sülhdən danışmaq olar. Ermənistanın qəbul etdiyi konstitusiya və ideologiya ilə bağlı qərarları ləğv olunmalıdır. Yalnız bundan sonra Bakı ilə İrəvan arasında yeni münasibətlər formalaşa bilər. Konstitusiyada dəyişiklik edilməsə, Azərbaycanla Ermənistan arasında münasibətlərdə köhnə qanunlara istinad ediləcəksə, sülh müqaviləsinin imzalanması mümkün olmayacaq. Ermənistanın Azərbaycana torpaq iddiası var və yeni konstitusiya qəbul edilməyənə qədər bu, davam edəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə