“Makronu Azərbaycana dəvət edək” - Parlamentdə TƏKLİF

“Makronu Azərbaycana dəvət edək” - Parlamentdə TƏKLİF

“Bizi sanksiya ilə hədələyirlər. Əslində, sanksiyalardan qorxmağa ehtiyac yoxdur. Baxın, İrana 40 ildir sanksiya tətbiq ediblər. İran öz silahlarını yaradıb, müdafiə sahəsini göcləndirib. Bizə sanksiya tətbiq etsələr, daha da müdafiəmizi gücləndirərik. Sanksiyaların tətbiqi həmin ölkələrin güclənməsi deməkdir”. SİA xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyası üzrə ilk iclasında deputat Aqil Abbas bildirib.

“Amma biz sanksiya tətbiq eləsək, onlar çöldə qalarlar. Rusiya Fransanı Afrikadan vurub çıxarıb. Fransaya da uran lazımdır. Onun bir ümidi var, o da Qazaxıstan. Hamı bilir ki, uranı təyyarə ilə daşımaq olmur. Quru yolla bir yol qalır, o da Azərbaycandır. Biz sanksiya tətbiq etsək, nələr olacaq? Mən çox istəyərdim ki, Makronu Azərbaycana dəvət etsinlər. Görsün ki, burada vəziyyət necədir”, - deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə