"Bütün problemlərin həlli kadrdan keçir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Bütün problemlərin həlli kadrdan keçir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Belə bir deyim var ki, bütün problemlərin həlli kadrdan keçir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev deyib.

Politoloq bildirib ki, Prezidentin istədiyi sahəyə kadr təyin etmək konstitusiya ilə verilmiş müstəsna hüququdur: "Prezident öz komandası ilə mövcud problemləri həll etmək üçün özünə komanda yığır. Təbiidir ki, komanda ilə problemlərin həllinə nail olmaq üçün qərarlar verir. Azərbaycanda mövcud şəraitə uyğun Prezident müntəzəm şəkildə kadr islahatları həyata keçirməkdədir. Etimad göstərdiyi şəxsləri vəzifəyə təyin edir. Etimadı doğrultduğu kadrlarla işini davam etdirir. Etimadı doğrultmayan kadrları isə yeniləri ilə əvəz edir. İstənilən halda təyin olunan kadrların işinin öhdəsindən gəlib-gəlməməyi, Respublikadakı bütün problemlər Prezidentin nəzarəti altındadır. Hesab edirəm ki, Prezident yeni komanda ilə işləməyə, xüsusilə gənc nəsillə işləməyə daha çox önəm verir".

"Qarşıdan gələn prezident seçkilərində İlham Əliyev yenidən prezident seçildikdən sonra yəqin ki, yeni strategiya müəyyən edəcək. Müsahibələrində də qeyd etmişdi ki, xalqımız üçün yeni hədəflər müəyyən edilməlidir. Bu yeni hədəflərə çatmaq üçün yeni komandaya ehtiyac var. Prezidentin fəaliyyətinə kölgə salmaq istəyən, uğuruna sevinməyən insanlar var. Bu da təbiidir. Bu gün Prezident İlham Əliyevin fəaliyyəti qənaətbəxşdir. Komandası da onun tapşırıqlarını layiqincə yerinə yetirir" - deyə A.Məsiyev sözlərinə əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə