"Tarixi inkişafda kadr dəyişikliyi zərurəti yaranır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Tarixi inkişafda kadr dəyişikliyi zərurəti yaranır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"İdarə olunmada kadr siyasəti xüsusi əhəmiyyət kəsb edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, Ona görə də Azərbaycanda həyata keçirilən islahatlar paralel həyata keçirilir: "Həm dövrün tələblərinə uyğun olaraq yeni idarəetmə formaları tətbiq olunur, yeni idarəetmə institutları yaradılır, həm də daima kadr yenilənməsi, peşəkarların önə çəkilməsi baş verir. Azərbaycanda keçirilən islahatları kompleks islahatlar adlandıra bilərik. Tarixi inkişafın müxtəlif mərhələsində, şübhəsiz ki, kadr dəyişikliyi zərurəti yaranır. Bu isə idarəetmənin daha da təkmilləşdirilməsi və səmərəli olması üçündür".

"Hazırda həyata keçirilən dərin islahatlar kontekstində daima bu məsələ aktualdır. Vətəndaşa xidmətin daha keyfiyyətli formalarının tapılması baxımından zəruridir. Çünki Azərbaycan Prezidenti qeyd edib ki, dövlətin fəaliyyətinin mərkəzində dayanan əsas məsələ vətəndaşımızın rifahıdır. Keyfiyyətli idarəetmənin təşkili həm də vətəndaşın dövlət qayğısı ilə təmin olunması deməkdir. Düşünürəm ki, bu proses ardıcıl siyasət kimi həmişə aktual olacaqdır"- deyə deputat əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə