"Azərbaycan dövləti bütün dinlərə eyni yanaşır" - MÜNASİBƏT BİLDİRİLDİ
"Din cəmiyyətin ictimai-siyasi həyatının ən vacib sahələrdən biridir". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Deputat bildirib ki, hətta elə ölkələr var ki, radikal dini qrupların cəmiyyətə təzyiq gücü artır və dövlət çevrilişlərinə qədər aparılır: "Ona görə də bu həssas mövzuya ölkəmizdə xüsusi diqqət vardır. Dini etqad azadlığı ana qanunumuz olan konstitusiyada təsbit olunmuşdur. Hər kəs dinə etiqad etməsində müstəqildir və heç kəs onun seçiminə təsir göstərməməlidir. Ona görə də dini etiqad azadlığı ölkəmizdə insanları birləşdirir. Təbii ki, radikal qüvvələr də mövcuddur. Onlar insanları yanlış tərəfə çəkməyə çalışır. Amma cəmiyyətimizdə parçalanma yaratmaq istəyən qüvvələrə qarşı da mübarizə aparılır. Azərbaycan dövləti bütün dinlərə eyni yanaşır. Bir dinə üstünlük verərək digərlərinin aşağılanmasına yol verilmir. Ona görə də ölkəmiz tolerantlıq məkanı kimi özünü dünyada təsdiq etmişdir. Nəinki ölkəmizdə, hətta dövlətimizin dəstəyi ilə beynəlxalq humanitar forumlar keçirilir və bu forumlara dünyanın hər yerindən müxtəlif dini konfensiyaların nümayəndələri dəvət olunurlar".
"Amma təəssüf ki, dünyada dini etiqad azadlığına baxışlar fərqlidir. Belə ki, Qərb dövlətlərində islam dini təhqir olunur və aşağılanmasına çalışırlar. Məscidlərə, müqəddəs Qurani-Kərimə qarşı vandal hallarını da çox müşahidə etmişik. Onlar İslam dininin nümayəndələrini ikinci dərəcəli insanlar kimi görürlər və xristian təəssübkeşliyini çəkirlər. Məsələn, Ermənistan xristian ölkə olduğuna görə Qərb birtərəfli şəkildə ədalətsizcəsinə Azərbaycana təzyiq göstərməyə çalışır. Amma yeri gələndə islam dini dünya dinləri arasında ən mütərəqqi dindir. Dinimiz müharibələrə, insanların öldürülməsinə, haqsızlıqlara və ədalətsizliklərə qarşıdır. Təəssüf ki, Qərb bunu qəbul etmək istəmir və öz çirkin niyyətlərindən əl çəkmir. Amma zaman gələcəkdir ki, müsəlmanlar dünya siyasətinin əsl söz sahiblərinə çevriləcəklər" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB