Prezident İlham Əliyevin Neftçala və Lənkəran rayonlarına səfəri... - MÜNASİBƏT BİLDİRİLDİ
"Azərbaycan dövlətinin başçısı prezidentliyə namizəd İlham Əliyev cənabları yanvarın 16-da Lənkəranda olmuş və bir neçə müəssisənin açılışında iştirak etmişdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Anar İsgəndərov deyib.

Deputat bildirib ki, Lənkəran Regional Asan Xidmət Mərkəzinin açılışı həmin bölgə üçün böyük əhəmiyyətə malikdir: "Bir neçə il bundan əvvəl belə müəssisə Masallıda açılmış, lakin Astara, Lerik və Lənkərandan Masallıya gəlmək müəyyən vaxt tələb etdiyindən belə məsləhət olundu ki, Lənkəranda da xidmət mərkəzi açılsın, bu bölgə insanlarına xidmət göstərsin. Belə müəssisənin açılması təqdirəlayiqdir. O da məlumdur ki, Asan Xidmət Mərkəzləri Azərbaycanın brendləri kimi dünyada məşhurdur. Belə bir təcrübəni dünyanın müxtəlif dövlətləri də bizdən götürüb istifadə edir. Lənkəranın Seperadi kəndində yeni sitrus bağlarının istifadəyə verilməsi, bu sitrus bitkilərinin əvvəlkilərlə müqayisədə daha çox məhsul verməsi diqqət mərkəzində olmuşdur. Dövlət başçısı da burada iştirak etmişdir. Prezidentin Lənkərana səfərində müasir penitensiar korpusunun açılışı olub, 1300 nəfər üçün nəzərdə tutulub. Lənkəran və bölgə üçün bu da böyük əhəmiyyətə malikdir. Həmin bölgədən olan insanların başqa ərazilərə getməməsi, ailə üzvləri ilə yaxından əlaqə saxlamaq üçün bu tikilinin çox böyük əhəmiyyəti vardır. Dövlət başçısı Lənkəran səfərini uğurla başa çatdırandan sonra Neftçala rayonunda olmuşdur. Neftçala üçün ən ağrılı problemlərdən olan içməli su məsələsi idi. Nəhayət, Neftçala əhalisini su ilə təmin etmək üçün su təchizatı yaradıldı. Böyük hadisədir, gələcəkdə təkcə Neftçala şəhəri yox, ətraf ərazilərin də əhalisini içməli su ilə təmin etmək gündəmdədir".
"Bütün bunlar onu göstərir ki, dövlət başçısı Azərbaycanın bütün bölgələrini gəzərək əhalinin maddi rifahını yaxşılaşdırmaq, "Mən bütün azərbaycanlıların prezidenti olacağam" şüarını gerçəkləşdirmək üçün bölgələri gəzir, insanlarla görüşür. Prezidentin yanvarın 16-da Lənkəran və Astarasa olması, müəssisələrin açılması inkişaf edən Azərbaycanın uğurlarıdır. Yalnız Qarabağ bölgəsində yox, Azərbaycanın bütün bölgələrində yeni müəssisələr açılır, quruculuq və bərpa işləri aparılır" - deyə Anar İsgəndərov əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB