"20 il Azərbaycan üçün yalnız inkişaf, qələbə, tərəqqi dövrü olub" - MÜNASİBƏT BİLDİRİLDİ

"20 il Azərbaycan üçün yalnız inkişaf, qələbə, tərəqqi dövrü olub" - MÜNASİBƏT BİLDİRİLDİ

"20 illik zamana baxanda Azərbaycanın bütün sahələrdə inkişafa nail olduğunun şahidi oluruq". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, bu gün Azərbaycan iqtisadiyyatı, ordusu inkişaf edir: "Ən əsası odur ki, biz Qarabağ məsələsini həll etmiş, qələbəyə imza atmışıq. 20 il Azərbaycan tarixinin ən önəmli mərhələlərindən biri kimi xarakterizə olunmalıdır. Bunun önündə də Qarabağ zəfəri dayanır. Qarabağ zəfəri bu fəaliyyətin tacı, ən böyük göstəricilərindəndir".

"Azərbaycanın bütün sahələrində inkişafa nail olunması, sabitliyin həll olunması kimi çox mühüm məsələlər var. Bu gün Qarabağ yenidən qurulur, dirçəlir. Azərbaycan ordusu 60 ən güclü ordu sırasındadır. Bütün bunlar bizə onu deməyə əsas verir ki, bu 20 il yalnız inkişaf, qələbə və tərəqqi dövrü olub" - deyə o, bildirib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə