Şahin Bağırovdan iki yeni rəis təyini

Şahin Bağırovdan iki yeni rəis təyini

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırovun əmri ilə qurumun iki Baş İdarəsinə yeni təyinatlar olub. Komitədən SİA-ya verilən məlumata görə, Güloğlan Muradlı komitənin Əməliyyat-İstintaq Baş İdarəsinə rəis təyin olunub.

O, bundan əvvəl Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini olub. Ötən ilin may ayında isə vəzifəsindən azad edilərək təqaüdə göndərilmişdi.

DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Orxan Nuriyev isə vəzifəsindən azad edilərək Gömrük İnzibatçılığı Baş İdarəsinin rəisi təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə