Ceyhun Bayramov media və aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belçikanın paytaxtı Brüsseldə media və aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşüb. SİA xəbər verir ki, bu barədə nazir “X” hesabında paylaşım edib.

Müzakirə olunan mövzular arasında Azərbaycanın xarici siyasət prioritetləri, münaqişədən sonrakı regional vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı məsələlər, regional əməkdaşlıq və s. yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə