“Qəzzada yaşananlar ABŞ-ın imperialist siyasətinin nəticəsidir” - MÜNASİBƏT

“Qəzzada yaşananlar ABŞ-ın imperialist siyasətinin nəticəsidir” - MÜNASİBƏT

“ABŞ və AB-nin İsraili Fələstinlə sülh danışıqlarına dəvət etməsi onların HƏMAS-a münasibətdə mövqelərində hər hansı dəyişikliyin olması anlamında qəbul olunmamalıdır. Hetenyahu müharibəni HƏMAS-ı tam mənada məhv edəcəyinə qədər davam etdirəcəyini bildirib. Fələstin münaqişə tərəfi deyil, QƏZZA-ya nəzarəti 2007-ci ildən HƏMAS həyata keçirir. İsrailin Qərbin susqunluğu şəraitində HƏMAS-a qarşı apardığı müharibədə gerçək istəyi Qəzzanın 10 trilyon kub.metr qaz ehtiyatlari üzərində nəzarəti ələ keçirmək istəyindən irəli gəlir”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, bu ehtiyatlar hələ 1998-ci ildə Britaniyanın BP şirkəti tərəfindən aşkar edilib: “Yataqların birgə istismarı, qazın nəqli və gəlirlərin bölüşdürülməsi ilə bağlı BP və Fələstin Muxtariyyatı arasında saziş imzalanıb. Bir müddət sonra İsrailin Şeron hökuməti tərəflərlə danışıqlara başlayıb, lakin HƏMAS-ın 2007-ci ildəki qələbəsindən sonra vəziyyət dəyişib. İran təsiri altında olan HƏMAS məlum layihənin icrasına mane olduğundan o vaxt HƏMAS-la hərbi əməliyyatlar qaçılmaz olmuşdur. Bu il oktyabrin 7-də tərəflər arasında başlanmış əməliyyatlar ərəfəsində Netenyahu hökuməti İtaliya, Britaniya, Koreya şirkətləri ilə məxfi danışıqlar aparmışdı. Misir və Fələstin Muxtariyyətının özü də danışıqlarda iştirak edib. Misir prezidenti Əs Sisi HƏMAS-ın Müsəlman qardaşları təşkilati ilə münasibətlərindən ehtiyat edir, Fələstin üçün isə HƏMAS əsas siyasi opponentdir. Qəzzanın binəva əhalisinin dünyanın gözü qarşısında yaşanan qətliamı onun buradan tez köçməsini sürətləndirmək, Qəzzaya terminallar çəkmək, qazı nəql etmək üçün kəmərlər gətirmək, onları limanlarla birləşdirmək istəyindən irəli gəlir. Yalnız bundan sonra qazı hasil və nəql etmək, gəlirləri bölüşdürmək mümkün olacaq. Bütün bunları pərdəarxasından idarə edən isə ABŞ dir. Ümumiyyətlə, Qəzzada yaşananlar ABŞ-In imperialist siyasətinin nəticəsi və iflasidir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə