“İsrail və Fələstin arasında sülh müqaviləsinin imzalanmasını real hesab etmirəm. Çünki kifayət qədər ziddiyyətlər var”. Bunu SİA-ya açıqlamasında politoloq Mətin Məmmədli deyib.
Onun sözlərinə görə, hazırda hərbi əməliyyatların dayandırılması humanitar atəşkəslə bağlıdır: “Humanitar atəşkəsin əldə olunması üçün də İsrailə beynəlxalq tərəfdaşları, beynəlxalq ictimaiyyət çox ciddi təzyiq göstərib. Bu təzyiq nəticəsində hərbi əməliyyatlar dayandırılıb. Amma hesab edirəm ki, qısa müddət sonra yenidən hərbi əməliyyatlar geniş vüsət götürəcək. Yəni, İsrail tərəfindən həyata keçiriləcəkdir. Çünki İsrailin məqsədi, ilk növbədə, QƏZZA sektorunu nəzarət altına almaq və HƏMAS-ı bir hərbi siyasi varlıq olaraq məhv etməkdir və tamamilə HƏMAS-ın strukturlarını məhv etməkdir. Yəni, İsrail məqsədinə çatmayınca gözləmirəm ki, bölgədə nə isə bir ciddi sülh yaransın”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB