“Ermənistan bu tarixi imkandan lazımi şəkildə istifadə edə bilmir”
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “Cənubi Qafqazda sülh, əmin-amanlıq və əməkdaşlıq qurmaq üçün tarixi fürsətə malik olsalar da, Ermənistanın bundan lazımi şəkildə istifadə edə bilmədiyi”ni söyləyib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Azərbaycanın paytaxtı Bakıda Türkiyə-Azərbaycan-Gürcüstan müdafiə nazirlərinin 10-cu toplantısı keçirilib.
Y.Gülər toplantıdakı çıxışında Türkiyənin regionun sülh və sabitliyi üçün Azərbaycan və Gürcüstanla həmrəyliyini davam etdirəcəyini bildirib: “Azərbaycan 44 gün davam edən “Bir vətən hərəkatı” və antiterror əməliyyatları ilə öz ərazisini - 30 ildir işğal altında olan Qarabağı erməni işğalından xilas etdi. Biz Azərbaycan və Ermənistan arasında danışıqlar prosesini əvvəlindən biz dəstəklədik və dəstəkləməyə davam edirik. Regional sülh və sabitliyə gedən yol Azərbaycan və Ermənistan arasında imzalanacaq hərtərəfli sülh sazişindən keçir. Biz həmçinin regional nəqliyyat əlaqələrinin açılmasının normallaşma və sülh prosesini sürətləndirəcəyinə inanırıq.
Regional əməkdaşlıq platformaları Cənubi Qafqazda daimi sülh və sabitlik üçün faydalıdır. Ermənistanın bu tarixi imkandan lazımi şəkildə istifadə edə bilmədiyini görürük.
Türkiyə Abxaziya və Cənubi Osetiya məsələlərinin Gürcüstanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində sülh yolu ilə həllini dəstəkləyir.
Azərbaycan və Gürcüstan NATO-nun iki mühüm tərəfdaşıdır. Bu iki ölkənin NATO ilə əlaqələrinin möhkəmlənməsinə bundan sonra da dəstək verəcəyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB