"ABŞ-nin Azərbaycana ehtiyacı var" - SİYASİ ŞƏRHÇİ DANIŞDI

"ABŞ-nin Azərbaycana ehtiyacı var" - SİYASİ ŞƏRHÇİ DANIŞDI

“Ermənistan da sülh istəyir, lakin mövcud şərtlər daxilində bu sülh Ermənistana sərf etmir”. Bu barədə SİA-ya açıqlamasında siyasi şərhçi Turan Rzayev bildirib.

Onun sözlərinə görə, Ermənistan ümumi mənada sülhdən boyun qaçırmır: “Azərbaycan həm 44 günlük ikinci Qarabağ müharibəsində, həm də lokal antiterror tədbirləri nəticəsində əlini gücləndirdi və hər mənada haqlı olduğunu göstərdi. Qalib və haqlı tərəf olaraq tələbləri var. Ermənistan tərəfi sadəcə prosesi uzadaraq geosiyasi vəziyyətin dəyişməsini istəyir. Prosesin Ermənistanın xeyrinə dəyişəcəyi halda danışıqlara getmək istəyir. Paşinyanın verdiyi açıqlamalar da onu göstərir ki, sülh tərəfdarıdır. Amma əməldə bunu etmir. Bunun da ən böyük səbəbi mövcud reallıqlardır”.

T.Rzayev bildirib ki, ABŞ Senatında təmsil olunan şəxslərin əksəriyyəti erməni lobbisi və diasporası ilə yaxın əlaqə yaxın əlaqə içərisində olan şəxslərdir: “Kaliforniya, Texas kimi ştatlarda güclü erməni lobbiləri və diasporaları var. Bu ştatlardan seçilənlər də senatda erməni maraqlarını müdafiə edirlər. Əslində bu bizim zəif tərəfimizdir. Biz lobbi və diaspora üzərində çox fokuslanmadığımız üçün nəticədə Ermənistan ABŞ siyasətinə nüfuz etməyi bacarır. ABŞ-nin regiona ümumi baxışı ondan ibarətdir ki, region ölkələri qərbə inteqrasiya etsin. Gürcüstan Ermənistandan fərqli olaraq Azərbaycanla müstəqil xarici siyasət yeritmək istəyir və Rusiya ilə qərb arasındakı siyasəti balanslaşdırmağa daha çox üstünlük verir. Düzdür son proseslər fonunda bu balans müəyyən mənada dəyişir. Amma hər halda buna da gətirib çıxaran qərbin nümayiş etdirdiyi qərəzli mövqeyidir. ABŞ-nin regional maraqları naminə Azərbaycanla münasibətləri korlaması əslinə qalsa düşündürücü bir məsələdir. Azərbaycan ABŞ üçün hər zaman etibarlı bir tərəfdaş olub və Avropanın enerji təminatlarında da xüsusi rola malikdir. Buna görə mən bu prosesində bir müddət davam edəcəyini düşünürəm. Bu proses uzun müddətli olmayacaq, çünki ABŞ-nin Azərbaycana ehtiyacı var. Burada İran faktoru var və digər regionlara Azərbaycanın çıxış imkanları daha rahatdır”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə