"İraq tarixi əlaqələri bərpa etməyə başlayıb" - ŞƏRH EDİLDİ

"İraq tarixi əlaqələri bərpa etməyə başlayıb" - ŞƏRH EDİLDİ

"Azərbaycan-İraq əlaqələrinin uzun zamandan sonra belə yaxınlaşması və İraq Prezidentinin Azərbaycana səfəri ölkəmizin İslam ölkələri ilə əlaqələrə nə qədər önəm verməsinin təzahürüdür. İraqda uzun zamandır qeyri-sabitlik hökm sürürdü, lakin indi görsənir ki, bu ölkə tarixi əlaqələri bərpa etməyə başlayıb". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan-Amerika Gənclər Birliyinin sədri Vüqar Əhmədov deyib.

Sədr sözlərinə davam edərək bildirib ki, Azərbaycanla da əlaqələr bu ölkə üçün prioritet təşkil edir: "Təbii ki, bunun əhəmiyyəti vardır, çünki Azərbaycan onunla tərəfdaş olan bütün ölkələrlə yaxşı əlaqələrə malikdir, İraq karbohidrogen yataqlarla zəngin ölkədir, zamanında ABŞ-ın hərbi müdaxiləsinə məruz qalaraq uzun zaman qeyri-sabitlik yaşasa da, indi bu ölkə öz məcrasına dönür. Düşünürəm ki, həm region ölkəsi və bir müsəlman ölkəsi olaraq biz İraqla əlaqələrimizi daha da gücləndirməliyik. Zamanında bu əlaqələr çox yaxşı səviyyədə olubdur. Düşünürəm ki, ölkə başçısı İlham Əliyevin də İraqa səfərinin baş tutması bu əlaqələri daha da yaxınlaşdırar".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə