'Böyük Qayıdış prioritet istiqamətlərdən biridir" - MÜNASİBƏT

'Böyük Qayıdış prioritet istiqamətlərdən biridir" - MÜNASİBƏT

“Hazırda məcburi köçkunlərin işğaldan azad edilmiş rayonlara qayıdışı dövlət üçün strateji əhəmiyyət kəsb edən istiqamətlərdən biridir”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə dövlət suverenliyinin gerçək mənada bərpası bu prosesin sürəti, yerlərə qaytarılacaq vətəndaşların gözləntilərinin nəzərə alınması, bölgələrin infrastuktur layihələrinin icrası, sosial təminat və təhlükəsizliklə bağlı problemlərin hansı səviyyədə həlli ilə bağlı məsələlərdən yetərincə asılıdır: “Məcburi köçkün statusunda vətəndaşlarımızın sayı 600 mini aşır və bu sayda insanın məlum ərazilərə köçürülməsi mərhələli şəkildə, özü də onların hüquqları gözlənilməklə həyata keçirilə bilər. Dövlətin Böyük Qayıdış prosesi ilə bağlı Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş proqramı var və onun icrası üçün müvafiq qurumlara, ilk növbədə dövlət Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə vəsait ayrılıb. Bu proses məlum ərazilərdə əhalinin məskunlaşmasına xidmət etməklə məlum bölgələrin Azərbaycanın ümumi bazarına cəlbi, onların sosial, iqtisadi inkişafi və əlbəttə təhlükəsizliyi ilə bağlı problemlərin həllinə öz müsbət təsirini göstərməlidir. Qayıdışa vətəndaş cəmiyyətindən dəstək məqsədilə dövlət instirutlari bölgələrə köçürüləcək əhalinin işlə təminati, onlarda təhlükəsizlik, təhsil, səhiyyə sahəsində problemlərin həllinə ilk növbədə diqqət yetirməli, lazım gələrsə, buraya köçürüləcək insanlara vergi güzəştləri, kommunal xidmətlər sahəsində imtiyazlar verilməlidir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə