“Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranıb. Ulu Öndərin rəhbərliyi ilə ərsəyə gələn Yeni Azərbaycan Partiyasının ölkə həyatındakı, siyasi həyatdakı rolu həqiqətən də misilsizdir, çox böyükdür və danılmazdır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.
Millət vəkili bildirib ki, YAP uzun illər boyunca bütün seçkilərin əsas favoriti və qalibi olub: “Bu 31 illik müddətdə iqtidar partiyası ölkə idarəçiliyinə, siyasətə o qədər önəmli, ciddi, dəyərli şəxsiyyətlər bəxş edib ki, onların adlarını saydıqca, sadaladıqca bitməz.Günbəgün üzvlərinin sayını artıran YAP hər kəs üçün doğmadır. Bu işıqlı təşkilatda təmsil olunan insanlar Azərbaycanın xoşbəxt gələcəyi üçün çalışırlar və Ulu Öndər Heydər Əliyevin ideyalarını onun adına layiq şəkildə yaşadırlar. Cənab Prezident İlham Əliyev də Yeni Azərbaycan Partiyasının işini və fəaliyyətini hər zaman yüksək qiymətləndirib. Çünki bu təşkilat həqiqətən də ən gözəl sözlərə layiqdir. Biz də öz adımızdan ilk öncə Yeni Azərbaycan Partiyasının Liderini, Müzəffər Ali Baş Komandanımızı, əziz Prezidentimiz İlham Əliyevi və eyni zamanda təşkilatın bütün üzvlərini 31 illik yubiley münasibəti ilə ürəkdən təbrik edirik. Arzumuz budur ki, Azərbaycan tarixinə artıq öz möhürünü vuran Yeni Azərbaycan Partiyasının uğurları hər zaman bol olsun”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB