“Qəzza limanı tamamilə işğal edilib” - ŞƏRH EDİLDİ

“Qəzza limanı tamamilə işğal edilib” - ŞƏRH EDİLDİ

“İsrail-Fələstin müharibəsi artıq bir ay səkkiz gündür ki, davam edir. Müharibə getdikcə daha da şiddətlənir. Artıq İsrail ordusu yerüstü əməliyyatlara başlayıb və Qəzzanın çox hissəsini işğal edib. Bu gün səhər saatlarında isə Qəzza limanı tamamilə işğal edilərək nəzarətə götürülüb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Politoloq bildirib ki, keçən müddət ərzində İsrail 5000-dən artıq hədəfə aviazərbələr endirib: “Fələstində ölənlərin sayı 11 mini keçib. Hazırda bir çox ölkələrdə Fələstinə dəstək aksiyaları keçirilir. Müharibənin nə zaman bitəcəyi barədə danışmaq isə çətindir. Düzdür, bir neçə saatlıq atəşkəs elan edilir, Qəzzaya humanitar yardımlar göndərilir. Lakin bu yetərli olmur. Bunları nəzərə alaraq, yaxın günlərdə müharibənin bitəcəyini demək çətindir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə