“Zəfər Gününün üçüncü ildönümünü təntənəli şəkildə qeyd olunur” - MÜNASİBƏT
“Möhtəşəm Zəfər Gününün üçüncü ildönümünü təntənəli şəkildə qeyd olunur. Budəfəki ildönümü, əlbəttə ki, məxsusidir. Çünki artıq Qarabağ məsələsi tam qapanıb, bütün ərazilərimizdə dövlət suverenliyimiz bərpa edilib”. Bunu SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış 10 noyabr tarixli bəyanat tarixi bir sənəddir və Azərbaycanın milli maraqlarımıza tam cavab verir: “Bu bəyanatın ən birinci böyük əhəmiyyəti ondan ibarətdir ki, 30 ildir pozulmuş ərazi bütövlüyümüz bərpa olunub. Əlbəttə ki, Azərbaycanın tam qələbəsini özündə ehtiva edən bu bəyanata Azərbaycan Prezidenti, Ali Baş Komnandan İlham Əliyevin qətiyyəti və möhkəm iradəsi, xalqımızın birliyi və Müzəfər ordumuzun şücaəti nəticəsində nail olunub. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB