“Azərbaycan-Türkiyə qardaşlığı bir nümunəyə çevrilib” - MÜNASİBƏT

“Azərbaycan-Türkiyə qardaşlığı bir nümunəyə çevrilib” - MÜNASİBƏT

“Azərbaycan tarixən türk varlığının məskəni olduğu kimi türk düşüncəsinində dəəsas ilham qaynağı olan ölkələrdən biri olub”. Bunu SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

Onun sözlərinə görə, Azərbaycan türkçülüyün daha da şaxələndirilməsi istiqamətində ideyaların, türk birliyinin forması istiqamətində təşəbbüslərin beşiyi olub: “Dildə, işdə, fikirdə, birlik ideyasının 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Türkiyə ilə Azərbaycan bir millət iki dövlət tezisini əsas götürüb, əlaqələrini inkişaf etdirblər. Bu siyasət Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdikdən sonra türk dövlətləri təşkilatının daha da koordinasiyalaşması məsələsi daha ciddi şəkildə gündəmə gəldi. Azərbaycan Türkiyə qardaşlığı digər xalqlar və dövlət üçün nümunəyə çevrilib. Hazırda Astanada keçirilmiş 10-cu yubiley sammitində ölkələrin iştirakı yenədə əsas problemlərin müzakirəyə gətirilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ciddi təşəbbüslərin yenidən irəli sürülməsi də yaxın prespektivdə bu birliyin daha da güclənməsinin həyata keçəcəyinin göstəricidir. Bu coğrafiyada “türkün, türkdən başqa dostu yoxdu” tezisini də diqqətdə saxlasaq türk dövlətlərinin birləşməsinə nə nə dərəcədə böyük ehtiyacın olduğunu biz görə bilərik. Bu baxımdan, cənab Prezident İlham Əliyevin çağırışları tamamilə yerində olduğu təsdiq olunur. Biz bundan sonra bu təşkilatın miqyasının daha da genişlənməsi və əməkdaşlıq sferalarının daha da inkişaf etdirilməsinin şahidi olacağıq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə