Şuşanın azad edilməsi son əsrdə Azərbaycan tarixinin ən şanlı qələbəsidir
Məlumdur ki, Azərbaycan Prezidenti və ordusu 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə edib. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi.
Noyabrın 8-də 28 illik həsrətdən sonra Şuşa şəhəri işğaldan azad edilmişdir. Bu, Vətən müharibəsində qələbə deməkdir. Şuşanın azad edilməsi son əsrdə Azərbaycan tarixinin ən şanlı qələbəsidir.
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq” cümlələri Azərbaycanın son yüz illik tarixinin ən möhtəşəm müjdəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
Cənab Prezidentin 2020-ci il 3 dekabr tarixli digər Sərancamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması qərara alınmışdır.
Prezidentimizin həyata keçirdiyi siyasətin strateji hədəfi güclü Azərbaycan dövlətinin formalaşdırılması, iqtisadiyyatın inkişaf etdirilməsi, müasir iqtisadi sistemin yaradılması, cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatların həyata keçirilməsi və sair kimi həllivacib məsələlər idi.
İlham Əliyev xalqa müraciətlərində daim bu fikri xüsusi qeyd edirdi ki, nəyi nə zaman edəcəyimi bilirəm. Həqiqətən də belə oldu. Onun nüfuzu və qüdrəti, ordumuzun da gücü sayəsində torpaqlarımız düşmən tapdağından azad edildi.
Ülkər Quliyeva
30 nömrəli Ambulatoriyanın həkimi, YAP Suraxanı rayon təşkilatı ƏPT-nin sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB