“Zəfər Günü tariximizin ən şanlı səhifələrindəndir" - POLİTOLOQ ŞƏRH ETDİ

“Zəfər Günü tariximizin ən şanlı səhifələrindəndir" - POLİTOLOQ ŞƏRH ETDİ

“44 gün davam edən ikinci Qarabağ müharibəsində möhtəşəm qələbə əldə etdik. 2023-cü il 19-20 sentyabr tarixlərində isə bir gün ərzində həyata keçirilən antiterror tədbirləri nəticəsində işğal altında qalan digər ərazilərimizidə separatçılardan təmizləndi”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, Zəfər Günü tariximizin ən şanlı səhifələrindən birincisidir: “Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdi . Bütünlüklə zəfər günü Azərbaycan tarixinə qızlı hərflərlə yazıldı. Bu prosesin başına da dayanan Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevdir. Zəfər bayramının misli bərabəri yoxdur. Əsirlər keçəcək xalqımız daima bu günləri böyük sevinc və qürur hissi ilə qeyd edəcək. Biz xoşbəxt insanlarıq ki, bu dövrü və qələbəni görə bildik. Məhz Azərbaycan Prezidentinin qətiyyətli və uzaqgörən müdrik siyasəti nəticəsində Azərbaycan dövləti bu qələbəni əldə etdi. Bir sözlə, məhz Azərbaycan ordusunun peşəkarlığı, yüksək qələbə əhval ruhiyyəsi, döyüş ruhunun və istəyinin olması bu qələbəni reallaşdırdı. Azərbaycan dövlətinə və xalqına qələbə yaraşır. Bu gün Qarabağın hər bir yerində Azərbaycanın üçrəngli bayrağı dalğalanır və bu çox sevindirici, qürurverici bir haldır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə