“Azərbaycan beynəlxalq müstəvidə böyük uğurlar əldə edib” -MÜNASİBƏT

“Azərbaycan beynəlxalq müstəvidə böyük uğurlar əldə edib” -MÜNASİBƏT

“Azərbaycan beynəlxalq müstəvidə ötən illər ərzində böyük uğurlar əldə edib xüsusilə cənab Prezident İlham Əliyevin 20 illik Azərbaycana rəhbərliyi dövründə regiona və qlobal müstəvidə bir sıra əhəmiyyətli uğurlar əldə olunub”. Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, bu xüsusda beynəlxalq təşkilatlar və ikitərəfli müstəvidə Azərbaycanın nailiyyətləri saysız-hesabsızdır: “Daxili və xarici siyasətin düzgün tənzimlənməsi və hədəfə yönəlik müvafiq addımların atılması öz bəhrəsini də vermişdir. Azərbaycan reallıqları torpaqlarımızın işğal altında olması və bu işğal faktının aradan qaldırılmasına dair cəhdlər sonda uğurlu oldu. Azərbaycan bütün dünyaya sübut edə bildi ki, Ermənistan Azərbaycan ərazilərini işğal edib, bölgədə etnik təmizləmə siyasəti tətbiq edib və BMT-nin qətnamələri mütləq icra olunmalıdır, beynəlxalq hüquq bərpa edilməlidir. Nəhayət 2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən savaşına Azərbaycan öz tarixi torpaqlarını azad etdi. Azərbaycan dövlətinin əldə etdiyi bu qələbə bütün dünya bir daha sübut etdi ki, separatizm sonda məğlubiyyətə məhkumdur. Eyni zamanda, Azərbaycan dövləti qalib dövlət olaraq istənilən maneəni aradan qaldırmağa qadirdir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə