“Latviya Azərbaycanın Avropanın enerji ilə təminatına böyük önəm verir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Latviya Azərbaycanın Avropanın enerji ilə təminatına böyük önəm verir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan-Latviya arasında diplomatik münasibətlər 1994-cü ildə qurulsa da, tərəflər bir-birilərinin dövlət müstəqəlliyini hələ 1992-ci ildə tanımışdılar”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Azərbaycanın Latviyadakı səfirliyi 2005-ci ildən fəaliyyət göstərir: “Latviya Azərbaycanın Avropanın enerji resursları ilə təminatına böyük önəm verir, Azərbaycan da öz növbəsində Latviya ilə bir sıra beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq edir. Rəsmi Bakı Xəzər-Qara-Baltik dənizi marşurutu ilə Latviya ilə enerji təhlükəsizliyi və diğər sahələrdə əməkdaşlıq edir. Tərəflər arasında ticarət dövriyyəsinin həcmi bir o qədər də yüksək deyil, keçən il 42 milyon dollardan bir qədər çox olmuşdur”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə