"İsrail-Fələstin sərhədləri daxilində qalması mümkün deyil" -MÜNASİBƏT

"İsrail-Fələstin sərhədləri daxilində qalması mümkün deyil" -MÜNASİBƏT

"İsrail HƏMAS-a qarşı başlatdığı antiterror əməliyyatı çox təəssüflər olsun ki, İsrail və Fələstin coğrafiyasının artıq əhatə dairəsini aşıb". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, Suriya da bu işin içindədir. Suriya terrorçulara dəstək verdiyinə görə, İsrail tərəfindən bombalanmaqdadır: "Eyni zamanda, Livanda da müəyyən qüvvələr HƏMAS terrorçularına dəstək verdiyinə görə, onlara qarşı da İsrail tədbirlər görmək məcburiyyətindədir. Yəni, Yaxın Şərqdə bu müharibə ocağı yeniden alovlanıb və öz sərhədlərini çərçivəsində çıxıb. Faktiki olaraq, dünya İsrail-Fələstin qarşıdurması kimi təqdim edilməklə çox ciddi ikitirəliyə səbəb olub. İsrailin HƏMAS-a qarşı apardığı antiterror əməliyyatı faktiki olaraq, dünyanın o başından bu başına hər tərəfdə müzakirə mövzusudur. Demək olar ki, dünyanın ən aparıcı dövlətləri bu məsələdə öz tərəflərini bəyan edirlər və bütün əksəriyyətdə birmənalı olaraq İsrailin yanında yer aldığını bəyan edirlər. Fikir versəniz görərsiniz ki, ABŞ, Kanada, Almaniya, Fransa kimi böyük dövlətlər açıq şəkildə İsrailin bu antiterror hərəkatını dəstəkləyir. Bir tərəfdə də HƏMAS deyil, Fələstinə dəstək görüntüləri yer almaqdadır. Hətta İsraili dəstəkləyən dövlətlərin ərazilərində belə Fələstinə dəstək üçün kütləvi aksiyalar keçirilir. Əlbəttə, demokratiyadır, hər kəs də öz fikirini azad şəkildə ifadə etmək hüququna malikdir. Amma həqiqətən də bu məsələdə bir haqlı tərəf var, o da terrora qarşı mübarizə aparan İsrail dövləti var. Biz hamımız yaxşı xatırlayırıq ki, bu dəfəki alovlanma məhz HƏMAS-ın terror hərəkatından sonra başladı. Yəni HƏMAS terror təşkilatıdır. HƏMAS açıq şəkildə İsrailə qarşı terror əməli törətdi, dinc insanları öldürdü. Hətta bir İsraildə musiqi festivalına toplaşmış insanları kütləvi şəkildə öldürdülər. Təbiidir ki, bunun qarşılığında İsrail hərəkətə keçməyə məcbur qaldı. Bu baxımdan, bu münaqişənin, qanlı savaşın əlbəttə ki, İsrail-Fələstin sərhədləri daxilində qalması mümkün deyildi, hətta mən narahatam ki, HƏMAS terrorçuları dünyanın hər tərəfindən yəhudilərə qarşı geniş çaplı terror əməlləri törədə bilərlər. Bu isə o deməkdir ki, Avropa, Amerika dövlətləri və eləcə də dünyanın başqa bölgələrində qanlı olaylar baş verə bilər. Bu olaylar da məhz İsrail HƏMAS davasından qaynaqlanacaq".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə