“Qələbəni görməmək siyasi korluq etməklə yanaşı, nankorluqdur” PARTİYA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Qələbəni görməmək siyasi korluq etməklə yanaşı, nankorluqdur” PARTİYA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“15 oktyabr 2023-cu il müasir Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunan bir gündür. Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə müqəddəs üç rəngli bayrağımız dalğalandırmaqla biz müstəqillik əldə etdiyimizdən sonra ilk dəfə olaraq bütün ərazilərimizdə suverenliyimiz və konstitusiya quruluşmuzu bərpa etdildi”. Bunu SİA-ya açıqlamasında AMİP sədri Arzuxan Əlizadə deyib.

Onun sözlərinə görə, Azərbaycan bütün dünyaya separatizmə son qoymağın nümunəsini göstərmiş oldu: “Azərbaycan son iki yüz il ərzində ilk dəfə olaraq, işğala məruz qalmış torpaqlarını tam olaraq geri qaytardığını təsdiq və bəyan etdi. Bu böyüklükdə xalqımızın hər bir nümayəndəsinə fərəh və sevinc gətirən bir gün olmaqla yanaşı, bu qələbədə xalqımızın hər bir nümayəndəsinin az və ya çox dərəcədə payı var. Amma bu qələbənin həmdə bir memarı var və bu məmar Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevdir. Məhz Prezident İlham Əliyevin komandanlığı altında Azərbaycan ordusu, qəhrəman Azərbaycan əsgəri 44 günlük Vətən müharibəsində böyük uğurlara imza atdı. Eyni zamanda, ötən üç il ərzində qarış-qarış torpaqlarımızı tam olaraq terrorçulardan təmizlədi və nəhayət 19-20 sentyabr tarixində keçirilmiş bir günlük antiterror tədbirləri ilə tam olaraq ərazilərimizdə konstitusiya quruluşmuzu bərpa etmiş olduq. Təbii ki, bu qələbəyə hər birimiz çox sevinirik. Bu qələbəyə sevinməmək təbii ki, heç bir halda mümkün deyil. Buna yalnız düşmənlərimiz edə bilır. Təəssüflə olsun ki, öz içimizdə olan və düşmən dəyirmanına su tökməklə gündəmə gələn bəzi "siyasilər" qərəzli mövqe sərgiləyirlər. Bu günün sevincini yaşaya bilməyənlər və ona hansısa bir formada kölgə salmağa çalışanlar, fərqli mövqe nümayiş etdirənlər var. Qələbəyə sevinməmək və buna hansısa bir formada kölgə salmaq heç bir kəsə və xüsusilə də onlara baş ucalığı gətirməyəcək. Artıq xalqımız çox gözəl bilir ki, onlar kimdir və nəyə xidmət edirlər. Bu qələbə ilə Azərbaycan xalqı və ordusu bütün dünyaya bir nümunə olaraq göstərilməkdədir və bunu görməmək siyasi korluq etməklə yanaşı, nankorluqdur. Onlar nə qədər bu parlaq qələbəyə kölgə salmağa çalışsalar belə bu mümkün olan deyil. Çünki bu qələbə Azərbaycan xalqının qələbəsidir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə