"Azərbaycan dövlətinə və xalqına qələbə yaraşır" MÜNASİBƏT

"Azərbaycan dövlətinə və xalqına qələbə yaraşır" MÜNASİBƏT

"Bu qələbə Azərbaycan dövlətinin, ordusunun və xalqının tarixi bir qələbəsidir". Bunu SİA-ya açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sərdi Emin Həsənli deyib.

Onun sözlərinə görə, bu qələbə Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin həm diplomatik, həm də hərbi cəbhədə böyük məharətinin göstəricisidir: "Azərbaycan xalqı böyük bir zəfər əldə etdi. Bu, çox möhtəşəm bir qələbədir. Yəni, həm diplomatik, həm də hərbi cəhətdən qələbə çaldıq və haqlı olduğumuzu dünyaya çatdırdıq. Bir daha qeyd edirəm, bu, Azərbaycan dövlətinin, ordusunun, xalqının və diplomatiyasının qələbəsidir. Əsrlər keçəcək xalqımız isə daima bu günləri böyük sevinc və qürur hissi ilə qeyd edəcəkdir. Biz xoşbəxt insanlarıq ki, bu dövrü və qələbəni görə bildik. Məhz Azərbaycan Prezidentinin qətiyyətli və uzaqgörən müdrik siyasəti nəticəsində Azərbaycan dövləti bu qələbəni əldə etdi. Bir sözlə, məhz Azərbaycan ordusunun peşəkarlığı, yüksək qələbə əhval-ruhiyyəsi, döyüş ruhunun və istəyinin olması bu qələbəni reallaşdırdı. Azərbaycan dövlətinə və xalqına qələbə yaraşır. Daima biz zəfərlə yaşayacağıq. Eşq olsun Azərbaycan Prezidentinə, xalqına və əsgərinə. Allah şəhidlərimizə rəhmət eləsin və qazilərimizə uzun ömür, cansağlığı versin".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə