Təcili tibbi yardım maşınına atəş açılması barədə yayılan məlumatlar tamamilə yalandır - MN

Təcili tibbi yardım maşınına atəş açılması barədə yayılan məlumatlar tamamilə yalandır - MN

Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən təcili tibbi yardım maşınına atəş açılması barədə yayılan məlumatlar tamamilə yalandır. Bu barədə SİA-ya Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

"Beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmaq məqsədilə yayılan bu məlumatı qəti surətdə təkzib edirik", - hərbi qurum diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə