“Kiçicik qığılcım müharibənin başlanmasına gətirib çıxara bilər” POLİTOLOQ ŞƏRH ETDİ
“Ermənistan artıq mövqeyini və fəaliyyət istiqamətini deyişib”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, Ermənistanın Baş naziri olan Nikol Paşinyan davranışlarından görünür ki, sülh yaratma prosesindən demək olar ki, imtina edib, qarşıdurma xəttinə keçib: “Hələ üstəlik də Azərbaycanın daxilində olan erməni icmasını da qızışdıraraq, təxribatlar törətməyə və gərginlik yaratmağa çalışır. Həmçinin, ərazidə hələ ikinci Qarabağ müharibəsindən qalan 12 min nəfərlik qoşun heyətini də hərəkətə gətirərək Azərbaycan qarşı müharibəyə başlamaq istəyir. Əlbəttə, müharibəyə başlamaq o qədər də asan deyil. Amma hazırda gərginlik o həddədir ki, kiçicik bir qığılcım yenidən müharibənin başlanmasına gətirib çıxara bilər. Ermənistan tərəfi çox gözəl bilir ki, onlar yenə məğlub olacaqlar. Çünki Ermənistan çox zəifdir. Hazırkı ordusu məğlub qalıqlardan təşkil olunub. Onların psixoloji durumları çox aşağı səviyyədədir. İlk toqquşmada erməni ordusu parçalanacaq və dağılacaq. Bir sözlə, 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatıb. Bu baxımdan da, yaxşı olardı ki, Ermənistan yeni məğlubiyyətinin acısını yaşamamaq üçün sülh gündəliyinə əməl edib, Azərbaycanın şərtlərini qəbul etməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB