"Ermənistan tərəfini başa salmaq heç cür mümkün deyil" - MÜNASİBƏT BİLDİRİLDİ
"Azərbaycan QHT-lərinin və eko-fəlların Laçın -Xankəndi yolundakı aksiyasına baxmayaraq Ermənistan tərəfi indi Azərbaycanı Naxçıvan istiqamətindən ekoloji terrorla hədələyir". Bu sözləri SİA-ya açıqlamasında Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi İB-in sədri Niyaz Niftiyev deyib.
Niyaz Niftiyev sözlərinə belə davam edib: "Təəssüf ki, erməni separatçıların Qarabağda ekoloji fəlakətlər yaratması barədə faktların ictimailəşdirilməsinə baxmayaraq kifayət qədər beynəlxalq təzyiq görə bilmədik. Elə bu faktdan istifadə edən Ermənistan indi Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində - Yerasx (Arazdəyən) kəndində 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan iri metallurgiya zavodunun inşasının aparılması ilə bağlı hazırlıqlara başlayıb. Azərbaycan tərəfi bəyan edib ki, bu plan beynəlxalq hüquq normalarının pozulmasıdır. Amma yenə əhəmiyyət verən yoxdur.
Biz sivil dünyanı necə başa salmalıyıq ki, Ermənistan tərəfini beynəlxalq hüququn dili ilə başa salmaq heç cür mümkün deyil. Belə olan halda Azərbaycan nə etməlidir? Dünən Laçında olduğu kimi Yerasxdaki (Arazdəyən) o zavodun da külünü göyə sovurmalıdır. Əlbəttə ki, bu da çıxış yolu deyil. Ümid edək ki, Azərbaycan tərəfinin beynəlxalq təşkilatlara ünvanladığı müraciətlər müsbət effekt verəcək".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB