"Azərbaycan Türkiyə münasibətləri ən yüksək səviyyədədir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan Türkiyə münasibətləri ən yüksək səviyyədədir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri xüsusi önəm daşıyır. Məlumdur ki, bu gün Azərbaycan Türkiyə münasibətləri ən yüksək səviyyədədir. Səfərin baş tutması da ümumilikdə əlaqələrin daha da güclənməsi və inkişafına böyük təsir göstərək". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün iki ölkə arası əlaqələrin inkişafında həm cənab Prezident İlham Əliyevin, həm də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın böyük rolu var: "Səfər bu prosesə öz müsbət töhfəsini verərək, Azərbaycan-Türkiyə əlaqələri yeni bir mərhələyə qədəm qoyacaq.

Bu gün artıq Türkiyədə seçkilər yekunlaşıb. Bu seçkilərdə Azərbaycan da öz sözünü dedi. Bu da əlaqələrimizin inkişafına öz müsbət təsirini birmənalı olaraq göstərdi".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə