“Rusiya-Ukrayna aralarında olan bütün körpüləri yandırıb” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Rusiya-Ukrayna aralarında olan bütün körpüləri yandırıb” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Nə qədər ki, Rusiya ilə Ukrayna arasında müharibə var, çox təəssüf ki, mənfi hadisələr bundan sonra da olacaq”. Bu sözləri SİA-ya açıqlamqsında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, müharibə həmişə özünün gözlənilməz və ağır nəticələri ilə xarakterizə olunur: “İki ölkə bu gün öz aralarında olan bütün körpüləri yandırıb. Bu isə həmin ölkələrin xalqlarının yaşayışına və gələcək planlarına çox ciddi təsir edir. Hər biri də birinin vurduğu zərbəyə qarşı ikiqat cavab vermək istəyir. Bu qarşılıqlı zərbə vurma sonsuz zamanda və sayda davam edəcək.

Müharibə dayanmalı, Rusiya öz qoşunlarını Ukrayna ərazisindən çıxarmalıdır. İki qardaş xalq arasında sülh və normal qonşuluq münasibətləri yaranmalıdır. Dünya bunu istəyir və bu düşmənçiliyin aradan qalxması üçün çalışır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə