PKK-nı kimlər və niyə fəallaşdırır? - POLİTOLOQ ŞƏRH ETDİ

PKK-nı kimlər və niyə fəallaşdırır? - POLİTOLOQ ŞƏRH ETDİ

“PKK terror təşkilatını fəallaşdıran Türkiyədəki seçkilər dövründə daxili sabitliyi pozmaq istəyən qüvvələrdir. Seçkilərə mümkün təsirlər göstərmək məqsədilə belə yollara əl atılır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, bu qüvvələr ölkənin daxilində də mövcuddur: “Amma daha çox ölkənin xaricindəki qüvvələr PKK-ya təsir etməyə çalışır. Buna misal olaraq Qərb dövlətlərinin bir çoxunu göstərə bilərik. Qərb dövlətləri Türkiyə daxilində sabitliyi pozmaq üçün PKK amilindən geniş istifadə ediblər və indi də etmək istəyirlər. Onlar düşünürlər ki, PKK fəallaşsa, müəyyən bölgənin insanlarını seçkiyə getməkdən imtina etməyə məcbur edəcəklər. Bütövlükdə də ölkə miqyasında hüzuru, sakitliyi pozacaqlar. Ona görə də onlar seçkilərin keçirilməsinə mənfi formada təsir etmək istəyirlər. Bu səbəbdən hər yola əl atan Qərb dövlətləri PKK-nı fəallaşdırmaqda meyillidir”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə